AZ

Rostovda böyük neft anbarı vuruldu: 5 min kubmetr sahə yanır…-VİDEO

Rostovda neft bazası vuruldu: 5 min kubmetr sahə yanır…
 
Rostov vilayətinin Azov şəhərində səlahiyyətlilərə görə, PUA-ların hücumu nəticəsində neft məhsulları olan çənlər yanıb.
 
Moderator.az  xəbər verir ki, bu haqda Rostov vilayətinin qubernatoru Vasili Qolubev telegram-kanalında məlumat yayıb.
 
“Azovda PUA hücumu nəticəsində neft məhsulları olan çənlər yanıb, ilkin məlumatlara görə, tələfat yoxdur.
 
Fövqəladə Hallar Nazirliyinin bölməsi açıq alovun söndürülməsini təşkil edib”.
 
Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin 5000 kubmetr olduğunu bildirib.

 

 
Daha bir video burada: //twitter.com/i/status/1802916994536058978

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
moderator.az

10Mənbələr