Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gecə Bakı-Qazax əsas magistral yolunun
rayonunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini,
1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “ VAZ
2107” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub.
Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.