RU

Çexiyada silah anbarı partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB

Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayışda azı 1 hərbçi ölüb.APA-nın “Novinky” xəbər portalına istinadən məlumatına görə, bu barədə Çexiya ordusundan məlumat verilib.Hadisə zamanı 8 nəfərin də yaralandığı qeyd olunub.***15:57Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış baş verib.APA-nın “Novinky” xəbər portalına istinadən məlumatına görə, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.O da qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Избранный
99
5
bakuinfo.net

10Источники