AZ

Çexiyada silah anbarı partlayıb, ölən və yaralananlar var

Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış baş verib.

Medianews.az APA-ya istinadən bildirir ki, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb.

Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

O da qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

“Libava” hərbi poliqonundakı silah anbarında partlayışda azı 1 hərbçi ölüb.

Bu barədə Çexiya ordusundan məlumat verilib.

Hadisə zamanı 8 nəfərin də yaralandığı qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
5
medianews.az

10Mənbələr