Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış olub.

Leqal.info “Novinky” xəbər portalına istinadən xəbər verir ki, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

Həmçinin qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Leqal.info