RU

Bu gün 2 milyondan çox müsəliman Hacı oldu

Hurriyyet.az xəbər verir ki ,Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa 2 milyondan çox müsəlman gedib.Ərəfatda vəqfdə dayanıb, daha sonra avtobuslarla Müzdəlifəyə gedən zəvvarlar vəqf üçün dua edib, şeytana atılacaq daşlar yığıblar.Müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.

Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb, təvaf və sai etdi və təraşdan sonra ehramlarını çıxarıblar.

Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı oldular.

Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.

.

Избранный
119
1
hurriyyet.az

10Источники