AZ

2 milyondan çox müsəlman hacı oldu

2 milyondan çox müsəlman hacı oldu

Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa 2 milyondan çox müsəlman gedib.Ərəfatda vəqfdə dayanıb, daha sonra avtobuslarla Müzdəlifəyə gedən zəvvarlar vəqf üçün dua edib, şeytana atılacaq daşlar yığıblar.Müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə daşlar atıblar.Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb, təvaf və sai edərək təraşdan sonra ehramlarını çıxarıblar.Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar.Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
afn.az

10Mənbələr