AZ

İki milyondan çox müsəlman hacı olub

Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına 2 milyondan çox müsəlman gəlib.

BiG.AZ APA-ya istinadən bildirir ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan "Əqəbə Cəmrəsi"nə 7 daş atıblar.

Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar.

Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
24
big.az

10Mənbələr