RU

Bu il iyunun 15-nə qədər “Şahdağ”dakı hotellərdə qalan turistlərin sayı açıqlandı

Bu
“2024-cü ilin yanvar ayından iyun ayının 15-dək olan müddət ərzində “Şahdağ” Turizm Mərkəzinin tabeliyində fəaliyyət göstərən hotellərdə qonaq olan şəxslərin sayı 48 372 nəfər, kompleksə səfər edənlərin sayı isə 134 000 nəfərə yaxın təşkil edib”. 1news.az xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzində keçilən mətbuat konfransında “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib.
O, bildirib ki, ilin sonuna kimi kompleksdə mərhələli şəkildə bir sıra layihələr həyata keçiriləcək.

“Yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələri istifadəyə veriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
146
1
1news.az

10Источники