AZ

Bu il ölkəyə gələn əcnəbilərin sayı açıqlandı

Cari ilin yanvar-may ayları ərzində ölkəyə səfər edən əcnəbi vətəndaşların sayı 965 555 nəfər təşkil edib.

“Yeni Gundem” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə agentliyin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar keçirilən tədbirdə deyib.

O qeyd edib ki, proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alsaq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayı 2019-cu ilin rəqəmlərinə yaxınlaşacaq: “2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağı proqnozlaşdırılır”. 

Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar yaradığını və təbliğat işlərinin aparıldığını bildirib.

O, həmçinin bildirib ki, Azərbaycan Turizm bürosu ekoloji dayanıqlığı təmin edən platformalara da qoşulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
4
yenigundem.az

10Mənbələr