RU

Stoltenberq Putinin sülh təklifinə cavab verib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təklifini sülhməramlı hesab etmədiyini bildirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə   RİA Novosti məlumat yayıb.

 

Onun sözlərinə görə, Putinin təklifi yalnız “Rusiyanın Ukraynanın daha da çox ərazisini işğal etmək hüququna malik olması deməkdir”.

 

“Bu təklif xoş niyyətdən danışmır, Rusiyanın hərbi məqsədlərinə çatmaq istəyindən danışır”, - o deyib.

 

Stoltenberq əlavə edib ki, “bu, sülh təklifi deyil”.

 

NATO-nun baş katibi həmçinin qeyd edib ki, alyans ölkələri Ukraynaya hərbi dəstək verməyə davam edəcək.

 

 

Bundan əvvəl Stoltenberq yüksək hazırlıq vəziyyətində olan NATO hərbçilərinin sayını açıqlamışdı.

 

Miri

 

Избранный
102
28
oxu24.com

10Источники