AZ

Peskov: Moskva və Kiyev arasında danışıqlar üçün qapılar bağlıdır

Hazırda Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlara başlamaq üçün heç bir əsas yoxdur - Kiyev bunun üçün bütün qapıları tamamilə bağlayıb.


Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.



“Belə bir danışıqlar prosesinin başlaması üçün heç bir əsas yoxdur” – deyə Peskov “İzvestiya”ya bildirib.



Eyni zamanda, “onlar başlayarsa, konkret olaraq kiminlə danışıqlar aparmalı” sualı yaranır”, o qeyd edib.



Prezidentin mətbuat katibinin sözlərinə görə, belə bir şəraitdə Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaqda davam edir.



Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiya Ukrayna böhranının sülh yolu ilə həlli üçün düstur tapmağa görə hər cür səy göstərib.
 

İnci
Sfera.az

Seçilən
114
36
sfera.az

10Mənbələr