AZ

Peskov AP seçkiləri barədə: "Əksəriyyət avropapərəst və ukraynayönlü olacaq"

"Nəticələr göstərir ki, əksəriyyət avropapərəst və ukraynayönlü olacaq".

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Parlamentinin seçkilərinin nəticələri ilə bağlı sualı cavablandırarkən deyib.

 

"Ehtimallar var ki, avropapərəst və ukraynayönlülər çoxluq təşkil edəcək. Biz bunu görürük. Bununla belə, Avropa Parlamentinin gələcək tərkibi hələ təhlil edilməlidir", - o bildirib.

 

Qeyd edək ki, 2024-2029-cu illərin AP seçkiləri bütün Aİ ölkələrində iyunun 6-dan 9-dək keçirilib. Səsvermə hər bir ölkənin milli qanunlarına əsasən baş tutub:

 

Hollandiya iyunun 6-da, İrlandiya və Çexiya - iyunun 7-də, İtaliya, Latviya, Malta, Slovakiya - 8 iyun, icmanın əksər ölkələri isə 9 iyunda səs verib.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
28
sfera.az

10Mənbələr