RU

Qərb məsuliyyətdən boyun qaçırır - Zaxarova

Qərb ölkələri Ukrayna ilə qeyri-qanuni müqavilələr imzalayır və onun gələcəyi üçün məsuliyyətdən boyun qaçırır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bəzi Qərb ölkələri arasında sazişlər, xüsusən də Vaşinqton və Kiyev arasında bağlanmış təhlükəsizlik sazişi “hüquqi qüvvəyə malik deyil”.

Zaxarova hesab edir ki, bu cür sənədlər Ukraynaya real yardım deyil, sadəcə dəstəyin görünüşünü nümayiş etdirmək üçün lazımdır.

“Görünür ki, onlar Kiyev rejimini siyasi və hətta geosiyasi səviyyədə dəstəkləyirlər, sazişlər bağlamağa hazırdırlar, amma əslində hüquqi baxımdan Ukraynanın gələcəyi üçün məsuliyyətdən tamamilə imtina edirlər”, - deyə jurnalistlərlə söhbətində deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
50
publika.az

10Источники