AZ

“Adi kağız parçasıdır” – Zaxarova Baydenlə Zelenskinin imzaladıqları sazişdən DANIŞDI

“Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında sazişlər heç bir hüquqi qüvvəyə malik olmayan kağız parçalarıdır”.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova əlavə edib ki, bu müqavilələr hüquqi qüvvəyə malik olmadığı üçün mənasızdır. Onun sözlərinə görə, Kiyevə təhlükəsizlik və dəstək haqqında sazişin məqsədi Ukraynada səfərbərlik haqqında qanunun təsirini yumşaltmaqdır.

Xatırladaq ki, iyunun 13-də ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski İtaliyada keçirilən G7 sammiti çərçivəsində 10 il müddətinə qüvvədə olan təhlükəsizlik sazişi imzalayıblar. Qeyd olunur ki, saziş Ukraynanın Rusiya Silahlı Qüvvələrinə qarşı müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Orxan

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
konkret.az

10Mənbələr