AZ

Zaxarova Avropa ölkələrinin ABŞ-dan tam asılı vəziyyətdə olduğunu deyib

Avropa ölkələri ABŞ-dan tam asılı vəziyyətdədir ki, bu da bu ölkələr üçün ən böyük problemdir.

APA xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz “Telegram” kanalında səsləndirib.

O, mövcud vəziyyəti “Roma xalqının dostu” mənasını verən qədim Roma termini amicus populi Romani ilə müqayisə edib; Dövlətlər öz suverenliklərindən imtina edərək Romadan tamamilə asılı olurdular, lakin özlərini Romanın dostu adlandıra bilirdilər.

“Bu gün “Amerikalı dostlar” siyahısı kifayət qədər böyükdür. Bu, öz vətəndaşlarını düşünməyən, okeanın o birir tayından onlara diktə edilmiş əmrləri yerinə yetirənlərin hamısınının düşdüyü vəziyyətdir. Avropalıların ən böyük bədbəxtliyi də məhz budur. Amma Rusiya və onun xalqı belə deyil” – deyə Zaxarova bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
apa.az

10Mənbələr