RU

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib. Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub. Matc.az PFL-in saytına istinadən xəbər verir ki, mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə I turda, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub. Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür. yer komanda oyun tamaşaçı orta 1 Karvan 14 16910 1208 2 İmişli 12 11090 924 3 Şamaxı 13 9400 723 4 Mingəçevir 13 8330 641 5 Zaqatala 14 6250 446 6 Araz Saatlı 14 3870 276 7 Qaradağ Lökbatan 14 2795 200 8 Difai Ağsu 14 1330 95 9 MOİK 13 1075 83 10 İrəvan 12 920 77   Cəmi 133 61970 466      

Избранный
126
6
matc.az

9Источники