AZ

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib.

Futbolinfo.az xəbər verir ki, texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. 25-ci turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə 1-ci turda, “Difai Ağsu” ilə 3-cü turdakı matçlarında 2500 izləyici olub.

Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.

yerkomandaoyuntamaşaçıorta
1Karvan14169101208
2İmişli1211090924
3Şamaxı139400723
4Mingəçevir138330641
5Zaqatala146250446
6Araz Saatlı143870276
7Qaradağ Lökbatan142795200
8Difai Ağsu14133095
9MOİK13107583
10İrəvan1292077
 Cəmi13361970466
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
6
futbolinfo.az

9Mənbələr