AZ

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib.

Msport.az xəbər verir ki, texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə I turda, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.

Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.

 

yer komanda oyun tamaşaçı orta
1 Karvan 14 16910 1208
2 İmişli 12 11090 924
3 Şamaxı 13 9400 723
4 Mingəçevir 13 8330 641
5 Zaqatala 14 6250 446
6 Araz Saatlı 14 3870 276
7 Qaradağ Lökbatan 14 2795 200
8 Difai Ağsu 14 1330 95
9 MOİK 13 1075 83
10 İrəvan 12 920 77
Cəmi 133 61970 466

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
6
msport.az

9Mənbələr