RU

“Karvan” 2023/24 mövsümünün azarkeş rekorduna imza atdı

“Karvan” futbol üzrə Azərbaycan Birinci Liqasının 2023/2024 mövsümündə ev oyunlarına ən çox azarkeş gələn komanda olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Birinci Liqada 2023/2024 mövsümünün oyunlarını bütövlükdə 61970 tamaşaçı izləyib.

Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. 25-ci turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə 1-ci turda, “Difai Ağsu” ilə 3-cü turdakı matçlarında 2500 izləyici olub.

Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.

Избранный
178
6
arena.az

9Источники