ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, hazırkı sorğularda respublikaçı Donald Tramp demokrat Co Baydeni cüzi fərqlə qabaqlayır.
525.az xəbər verir ki, noyabrda ABŞ-də keçiriləcək 60-cı prezident seçkiləri yaxınlaşdıqca həftəlik yenilənən sorğular ictimai rəyin nəbzini saxlamaqdadır. Belə ki, "Reuters" və "Ipsos"un birgə keçirdiyi son sorğuda 2020-ci ildə Baydenə məğlub olan Tramp rəqibini 2 xal qabaqlayıb.
Sorğuya görə, Trampa səs verəcəyini deyən seçicilərin nisbəti 41 faizə çatıb, Baydenə üstünlük verəcəyini deyən seçicilərin nisbəti isə 39 faizdə qalıb.
Məhəmməd Tağıyev
Bizi Facebookda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта