AZ

Bayden və Tramp ilk debata çıxdılar

İcraçı prodüser Sosial media reportyoru/prodüseri Sosial media redaktoru Müşahidəçilər prezident Baydenin məğlub olduğunu deyirlər. Amerika Birləşmiş Ştatlarında (ABŞ) Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden və Respublikaçılar Partiyasından namizəd Donald Tramp arasında ilk debat baş tutub. CNN telekanalının təşkil etdiyi debatda aparıcılar namizədlərə amerikalılar üçün ən aktual məsələlər – yüksək inflyasiya, qadınların abort hüququna münasibət, qanunsuz miqrasiya, Ukraynaya yardım, afroamerikalıların problemləri, uşaqlı ailələrə dəstək, iqlim dəyişikliyi ilə mübarizə, seçkinin nəticələrinə hörmət kimi sualları cavablandırmağı təklif ediblər. Lakin hər iki namizəd bu sualların çoxuna cavab verməkdən yayınıb, 90 dəqiqəlik debat ərzində əvvəlcədən hazırlanmış tezisləri təkrarlayıblar. Prezident Bayden onun rəhbərliyi altında ölkənin COVID pandemiyasının yaratdığı tənəzzülün nəticələrini uğurla həll etdiyini, administrasiyasının siyasəti sayəsində inflyasiyanın azaldığını və yaşlı amerikalılar üçün dərman qiymətlərini aşağı salmağa nail olduğunda israr edib. Yenidən prezident seçilərsə, Bayden sosial proqramların maliyyələşdirilməsini dəstəkləmək üçün yüksək gəlirli amerikalıların vergilərini artıracağına söz verib. Keçmiş prezident Tramp isə bildirib ki, mövcud iqtisadi artımın özülü əslində vergilərin azaldılması və iqtisadiyyatın dövlət tənzimlənməsinin azaldılması vasitəsilə onun rəhbərliyi dövründə qoyulub. O, Baydeni qeyri-qanuni miqrasiyaya göz yummaqda və hətta təşviq etməkdə günahlandırıb. Bu, Trampın fikrincə, aşağı gəlirli amerikalılara ziyan vurur. Müzakirənin ən emosional epizodlarından biri Rusiyanın Ukraynaya təcavüzünün müzakirəsi olub. Tramp tezisini bir neçə dəfə təkrarlayıb ki, əgər o, Ağ Evdə olsaydı, Rusiya Ukraynanı işğal etməzdi. Onun sözlərinə görə, Amerika ordusunun Əfqanıstandan “rüsvayçı” getməsi Putinə Ukraynaya qarşı müharibəyə başlamaq əzmi verib. Baydenin siyasəti, Trampın sözlərinə görə, üçüncü dünya müharibəsinə aparır. Trampın hərəkətləri, Ukraynaya kömək etmək istəməməsi Putini NATO-ya üzv ölkəni işğal etməyə şirnikləndirə və üçüncü dünya müharibəsinə gətirib çıxara bilər, – deyə Bayden rəqibinə etiraz edib. Aparıcının suallarına cavab olaraq Tramp Putinin təklif etdiyi sülh planı ilə razılaşmadığını söyləyib. O, Rusiya prezidentini “cinayətkar” adlandırıb, ancaq qələbə çalacağı təqdirdə Ukraynadakı müharibəni hələ rəsmi olaraq prezident vəzifəsinin icrasına başlamazdan əvvəl dayandıra biləcəyini təkrarlayıb. Müşahidəçilərin və şərhçilərin ilkin reaksiyalarına görə, prezident Bayden bu debatda açıq şəkildə məğlub olub. Rəqibindən fərqli olaraq, həmişə fikrini tamamlaya bilməyib, bəzən söz tapmaqda çətinlik çəkib, cavablarında dolaşıb. Onun seçki qərargahının nümayəndələri bunu prezidentin debata soyuq dəymiş çıxması ilə izah ediblər. “The Wall Street Journal” “Debatda Tramp Baydeni darmadağın etdi” başlığı ilə çıxıb. “The New York Times” Baydenin debatlarda “yöndəmsiz çıxışı” və Demokratlar Partiyasındakı “çaxnaşma” haqqında yazır. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
29
xural.com

10Mənbələr