RU

"Hizbullah" Livandan Colan təpələrinə 100 raket atıblar

"Hizbullah" partiyasının silahlı qüvvələri Livanın cənubundan İsrail hərbçilərinin Colan təpələrindəki mövqelərinə raket zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin işğal etdiyi bu əraziyə çoxsaylı reaktiv raket sistemlərindən 100-dən çox mərmi atılıb.

Kanalın qeyd etdiyi kimi, raket hücumu İsrailin şimal bölgələrini də vurub. Yuxarı Qalileydə 25 yaşayış məntəqəsində hava hücumu siqnalları səslənib.

Избранный
122
49
ucnoqta.az

10Источники