AZ

Yaxın Şərqdə sülh üçün Azərbaycana ehtiyac var

Livan hökuməti Azərbaycan Respublikası vasitəsilə Təl Əvivə mesaj göndərərək İsraillə müharibəyə girmək istəmədiyini çatdırıb.

Livanın xarici işlər naziri Abdullah Rəşid Buhəbib israili həmkarı İsrail Katza mesajını Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov vasitəsilə çatdırıb. “The Jerusalem Post” yazır ki, Təl Əviv və Beyrut arasında diplomatik əlaqələrin olmaması səbəbindən təmaslar, adətən, üçüncü hökumət vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, Livanın iranmeyilli silahlı “Hizbullah” hərəkatı və İsrail ordusu arasında son günlər toqquşmlar artıb, bəzi analitiklər Beyrut və Təl-Əviv arasında müharibə ehtimalını proqnozlaşdırırlar. Beləlikə, 2023-cü il oktyabrın 8-də "Həmas" və İsrail arasında başlamış qarşıdurmanın Livana da sıçraması ehtimal edilir...

Cəmaləddin Quliyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
21
visiontv.az

10Mənbələr