RU

Süni intellekt ailmlərin etimadını doğrultmayıb

Süni

Sadə və məntiqli bir sual hətta ən inkişaf etmiş, yüksək səviyyəyə malik süni intellektin də işini çətinləşdirir.

Reyting.az
-ın məlumatına görə, süni intellektin tədqiqatı ilə məşğul olan "LAION" qeyri-kommersiya təşkilatının tədqiqatçıları sübut ediblər ki, hətta ən mürəkkəb böyük dil modellərinə malik "LLMs" də sadə bir sualın qarşısında çətin vəziyyətlə üzləşə bilər. Keçirilmiş sınaq bir daha göstərir ki, praktiki olaraq süni intellekt hələ də hər şeyə qadir deyil.

"Naked Science" nəşri yazır ki, bu sahə ilə məşğul olan bir çox alimlər arasında müzakirəyə çıxarılmamış və artıq mübahisə doğuran bir məqalədə tədqiqatçılar müxtəlif səviyyəli generativ süni intellekt modellərinə necə sual verdiklərini ətraflı izah ediblər.

Məqalədə deyilir ki, sual çox sadə olub və süni intellektdən soruşublar:

"Alisin [X] qardaşları, həm də [Y] bacıları var. Alisin qardaşının neçə bacısı var? Amma o, bu sualın cavaında çaşıb.

Göründüyü kimi, bizim sualımız o qədər də çətin deyil. Məsələn, Alisin üç qardaşı və iki bacısı var, nəticə etibari ilə bu o deməkdir ki, qardaşların hər birinin iki bacısı, həmçinin Alisin özü sayılmaqla. Beləliklə, məlum olur ki, ən düzgün cavab budur: hər bir qardaşın üç bacısı var".

Mütəxəssislər daha sonra digər bir süni intellekti, "OpenAI" modellərini sınaqdan keçiriblər. "GPT-3", "GPT-4", "GPT-4o" və həm də "Anthropic Claude 3 Opus" daxil olmaqla "Google"-ni "Gem"-i, həmçinin "Meta" tipli "Llama" modelləri ilə yanaşı"Mistral Al"-ı, "Mextral"-ı, "Mosaic"-in tip modeli "Dbrx", həm də ən müasir model hesab olunan "Coher" ilə "Command R+" - da sınaqlardan keçirilib. Lakin yenə süni intellektə sual verildikdə məlum olub ki, adı çəkilənlər və müxtəlif müasir model hesab edilənlərin heç də hamısı gözləntiləri mütəxəssislərin istədiyi səviyyədə doğrultmur.

Yalnız bir model, yeni işə düşən "GPT-4o" bu məntiq testində uğur qazanıb. Digərlər süni intellektlər isə uzun zaman başa düşə bilməyiblər ki, Alisa həm də öz ailəsindəki qardaşlarının bacısıdır.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
50
reyting.az

10Источники