AZ

“Üçüncü Dünya Müharibəsinin taleyini Süni İntellekt həll edəcək” – ABŞ mediası

Yüksək texnologiyaların və xüsusən də Süni İntellektin sürətli inkişafı dünyada yeni iqtisadi-siyasi mənzərə, yeni reallıqlar meydana gətirir. Cəmiyyət həyatının demək olar ki, bütün sahələri Süni İntellektin əhatə dairəsinə bürünməyə başlayır.

Süni İntellektin tətbiq sahəsi sözsüz ki, hərbi sənayedən yan keçə bilməz və o, tədricən döyüş meydanının zəruri elementinə çevrilir. Hazırda qlobal çapda rəqabət aparan böyük dünya gücləri hərbi sahədə üstünlük qazanmaq üçün Süni İntellektin imkanlarından maksimum yararlanmaq niyyətindədirlər. Süni İntellektin gözlənilməz və kontrolsuz inkişafının bəşəriyyət üçün ciddi problemlər yaratmasının qarşısının alınması istiqamətində də tədbirlər görülür. Ümumiyyətlə, belə anlamaq olar ki, Süni İntellekt təkcə gələcək həyatımızın yox, eləcə də müharibələrin xarakterini dəyişəcək. Elə bu səbəbdən də ABŞ Süni İntellekt sahəsinidə kimsənin onun önünə keçməsinə qətiyyən imkan verməməyə çalışacaq.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The National Interest” jurnalı “ABŞ Süni İntellekt yarışında qalib gəlməlidir” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.

Həmin məqaləni təqdim edirik: ”Müharibələri ən yeni texnologiyalardan səmərəli istifadə etməyi bacaran tərəf qazanır və bu baxımdan Süni İntellekt istisna deyil. Demək olar ki, hazırda münaqişələr dünyanın bütün bölğələrini bürüyüb və ona görə də “Üçüncü dünya müharibəsi” fərziyələrindən qaçmaq çətindir. Əgər belə bir miqyasda faciə baş verərsə, onunla mübarizə hər halda qismən kiber məkanda da aparılacaq. Şübhəsiz ki, Süni İntellektdən istifadə də buraya daxildir. Ona görə Süni İntellekt sahəsində liderlik etmək Amerika üçün çox vacibdir.

Mark Çukerberqin fikirlərinə əsasən deyə bilərik ki,rəqiblər çox cəld hərəkət edirlər. Keçmişdəki digər mühüm innovasiya texnologiyalarının ərsəyə gətirilməsi kimi Süni İntellektin rüşeymləri də məhz Amerika Birləşmiş Ştatlarından başlayıb. İndi rəqiblər bu sahədə ABŞ-yə çatmağa can atırlar, onlar bunu həm öz gücləri ilə etməyə çalışırlar, həm də Amerikadakı yaradıcı insanların işlərini ələ keçirməyin yollarını axtarırlar.

Digər tərəfdən, Süni İntellektdən istifadənin qaydalarının tənzimlənmsi qlobal səviyyədə tam gücü ilə gedir. İnnovasiyalarda balans yaradılması və onların işinin tənzimlənməsi yeni bir şey deyil və bunun Süni İntellekt sahəsində də tətbiq olunması istənilir. Ola bilər ki, Süni İntellektin xarakteri onun cəmiyyət üçün verə biləcəyi təhlükərlə də bağlıdır. Bu cür təhlükələri nəzərə alıb Süni İntellektlə bağlı yeni “yol hərəkət qaydalarının” müəyyənləşməsi üzərində işlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
azpolitika.info

10Mənbələr