Bakının Xətai rayonunda iki yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, hərəkətdə olan avtomobil 2022-ci il təvəllüdlü H.Z-nı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır.