AZ

Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

 

Hadisə zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Məmmədli Aygül Nadir qızı xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

 

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
14
sfera.az

10Mənbələr