RU

Rusiya hərbçiləri Rusiya Günündə sərhəd kənddəki ruslara da atəş açdı

Yazını böyüt
Yazını kiçilt

İyunun 12-də, yəni Rusiyada bayram edilən Rusiya Günündə Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin kəndlərindən birində rus əsgərləri nəzarət-buraxılış məntəqəsində dayanmadıqları üçün dinc sakinlərə atəş açıb. İki nəfər xəstəxanaya yerləşdirilib.

Hafta.az xəbər verir ki, bu barədə “ASTRA” telegqam-kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

“İyunun 12-də səhər tezdən sərhəddə yerləşən Lyubeçane kəndində rusiyalı hərbçilər Rusiya nömrəli “Volkswagen Passat” markalı avtomobilə atəş açıblar. Hadisə  nəticəsində avtomobildə olan 2 vətəndaş müxtəlif yaralarla xəstəxanaya çatdırılıb.”, - deyə ASTRA mənbələri bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
87
17
hafta.az

10Источники