AZ

Xəbərdarlıq ləğv edilməlidir: Birinci atəş ilə cinayətkarlar müxtəlif nahiyələrindən ZƏRƏRSİZLƏŞDİRİLSİN - TƏKLİF

Xəbərdarlıq ləğv edilməlidir: Birinci atəş ilə cinayətkarlar müxtəlif nahiyələrindən ZƏRƏRSİZLƏŞDİRİLSİN - TƏKLİF

Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Bəs silah insident zamanı polislərimizin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hansı addımlar atılmalıdır? Mövzunu Sonxeber.az-a şərh edən "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, bəzən polislərin cinayətkarlıqla mübarizə fəaliyyətində mürəkkəb situasiyalar yaranır. Polis əməkdaşlarının hər birinə odlu silahın daşınması ilə bağlı icazə verilir. Bu həm "Polisi haqqında" qanunda, həm də "Əməliyyat-axtarış fəaliyyəti" qanunda öz əksini tapıb:

"Burada yaranmış insident nəticəsində cinayətkar şəxs axtarışda olub. Bir neçə dəfə məndə olan məlumata görə, dələduzluq ilə əlaqədar məhkumluğu olub. Yenə də dələduzluq cinayətinə görə şəxs barəsində axtarış elan olunub. Təbii ki, polis verilmiş tapşırıq əsasında yerini müəyyən edib. Ünvan daxil olan zaman axtarışda olan şəxs evində olub. Cinayətkar öz ailə üzvlərini qabağa verib. Polis belə situasiyada silah tətbiq edə bilməzdi. Çünki orada azyaşlı uşaqlar və digər ailə üzvləri olduğuna görə yaranmış şəraitdən çıxış yolu evdə başqa üsul və vasitələr ilə zərərsizləşdirmək olub. Sözügedən qatil polisin ailə üzvləri ilə birlikdə söhbətindən sui-istifadə edərək atəş açıb. Yəni məqsəd birmənalı şəkildə onu zərərsizləşdirmək istəyən polis əməkdaşını aradan götürmək olub. Bu artıq qəsdən adamöldürmədir. Belə şəxslər həmin maddələr əsasında məhkum olunmalıdırlar. Burada elə bir vəziyyət yaranıb ki, zəruri müdafiə hallar istintaq zamanı araşdırılacaq. Belə hallarda qərar qəbul etmək çox çətin olur. Mən düşünürəm ki, bu çox ağır bir hadisədir".

Ekspertin sözlərinə görə, baş verə biləcək ağır hadisələrə görə ölüm hökmü bərpa edilməlidir:

"Bir çox ekspertlər deyir ki, ölüm hökmünün bərpası ilə belə hadisələrin qarşısını almaq olmaz. Amma bu tam olaraq belə deyil. Burada müəyyən mənada ağır cinayətin qarşısını almaq üçün ölüm hökmü bir "preparat"dır. Son zamanlarda dələduzluq cinayəti ilə bağlı dinamikada artım müşahidə edilir. Daha çox dələduzluq cinayətinin istintaqında dayanmalar, gecikmələr və yubanmalar artımın qarşısını almaq üçündür. Bəzi dələduzlara qarşı müəyyən mənada cinayət işi gec başlanılır. Bunu mülki məhkəmə vasitəsilə həll etməyin tərəfdarı olurlar. Bu da dələduzluq cinayətində günahı olan insanların məsuliyyətdən yaranmasına şərait yaradır. Dələduzluq narkotik vasitəsi kimi insanlarda asılılıq yaradır. Ola bilməz ki, bir dələduz bir nəfəri aldatsın. Deyə bilmərik ki, ikinci dəfə belə bir hadisə yaşanmayacaq. Dələduzlar neçə nəfər insanın etibarından sui-istifadə edərək aldadırlar".

Şəmsəddin Əliyev bildirib ki, "Polisi haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti" qanunda dəyişiklik etmək lazımdır:

"Polis mütləq şəkildə axtarışda olan cinayətkara və şübhəli şəxsə "dayan" deməklə qarşısını almalıdır. Yəni Avropa ölkələrində və Amerikada olduğu kimi polisə tabe olmaq istəməyən və niyyətində başqa əməllər olan şəxslər polisin "dayan" əmrinə tabe olmazsa, birinci atəş hava atılmalı deyil. Xəbərdarlıq atəşini ləğv etmək lazımdır. Atəş dərhal cinayətkarın müəyyən əzalarını zərərsizləşdirmək üçün atılmalıdır. Bu digərlərinə nümunə olmalıdır. Cinayətkarlıqla mübarizə aparan qurumun əməkdaşlarına silah daşımağa icazə verilir. Amma ondan istifadə qaydaları o qədər mürəkkəbdir ki, hər bir polis çalışır ki, daşıdığı silahdan istifadə etməsin. Çünki bunun istintaqı onların günahlandırılması ilə nəticələnə bilər".

Seçilən
131
17
sonxeber.az

10Mənbələr