RU

Almaniya öz "Patriot"larının 25 faizini Ukraynaya tədarük edib

"Almaniya üçüncü Patriot sistemini Ukraynaya təhvil verəcək, lakin daha çox göndərə bilməyəcək".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius söyləyib.

 

Onun sözlərinə görə, Ukrayna hərbçiləri üçün kompleksin idarə edilməsi üzrə təlimlər başa çatdıqdan sonra sistem Ukraynaya veriləcək. Ölkə artıq üçüncü quraşdırma da daxil olmaqla, "Patriot" hava hücumundan müdafiə sistemlərinin dörddə birini Ukraynaya göndərdiyi üçün daha çoxunu verə bilməyəcək.

 

“Beləliklə, Almaniya bütövlükdə Ukrayna üçün üç sistem təmin edir", - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
175
28
modern.az

10Источники