Son 24 saat ərzində Tayvan silahlı qüvvələri adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun (AXO) 23 təyyarəsi və 7 gəmisini qeydə alıb. TASS xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.
19 təyyarənin Tayvan boğazının median xəttini keçərək adanın şərq və cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olduğu dəqiqləşib.
Hədəfləri izləmək üçün Tayvan ordusu təyyarələrdən, gəmilərdən və həmçinin yerüstü zenit-raket sistemlərindən istifadə edib.
Mənbə: TASS