AZ

Tayvan ətrafında 66 Çin hərbi təyyarəsi aşkar edilib

Bildirilib ki, Tayvan adası ətrafında 66 Çin hərbi təyyarəsi aşkar edilib və onlardan 56-sı Tayvan boğazında tərəflərin təsir zonalarını guya məhdudlaşdıran xətti keçib.
Elchi.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin X sosial media platformasındakı hesabından verilən açıqlamada, adanın ətrafında Çin ordusuna aid 66 təyyarə və 7 gəminin göründüyü bildirilib.
Açıqlamada, bu təyyarələrdən 56-nın Tayvan boğazında nominal “mərkəz xəttindən” kənara çıxdığı və Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” olaraq elan etdiyi əraziyə daxil olduğu bildirilib.
Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.
Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
elchi.az

10Mənbələr