İraqın ölkənin şimalında yerləşən Ərbil vilayətində neft emalı zavodunun anbarında güclü yanğın baş verib. Bu barədə Rudaw telekanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, yanğın iyunun 12-də axşam saatlarında neft emalı zavodunun asfaltlı anbarında başlayıb.
Hadisənin şahidləri ən azı bir nəfərin yaralandığını iddia edirlər. Ölənlər barədə rəsmi məlumat verilməyib.
Mənbə: TASS