AZ

Dünya / VideoKüveytdə binada yanğın - 39 nəfər yanaraq can verdi - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Küveytdə dəhşətli yanğın baş verib.

BAKU.WS xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Manqaf şəhərində fəhlələrin yaşadığı binada yanğın baş verib. Hadisə yerli vaxtla səhər saat 6:00-da baş verib.

Yüksəkrütbəli polis komandiri yanğının baş verdiyi binada çoxlu sayda işçi olduğunu, onlardan bəzilərinin xilas edildiyini bildirib.

Küveytin Səhiyyə Nazirliyi hadisə nəticəsində 39 nəfərin yanıb öldüyünü, 43 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Yanıb ölənlər arasında xarici işçilərin də olduğu bildirilir. Ölənlərin bəzilərinin kimliyini belə müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
far.az

10Mənbələr