RU

İsraillə Hizbullah böyük savaşın astanasında: Livanın cənubu yenidən ağır formada bombalanıb, qarşı tərəf isə...

İsrail ordusu Livanın cənubunda Hizbullaha aid bəzi hərbi binaları və mövqeləri ağır formada bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, döyüş təyyarələri qısa müddətdə Hizbullah hədəflərinə təkrar zərbələr endirib: "Vurulan hədəflər arasında "Hizbullah"ın Yater və Merkeba bölgələrindəki hərbi binaları ilə yanaşı, Tallusa bölgəsindəki hərbi mpövqeləri də var. Bundan əlavə, Taybe və Merkeba bölgələrində iki raket sistemi məhv edilib".

İsrail mətbuatı isə yazır ki, bu gün Hizbullah İsrail ərazisində ümumilikdə 215 raket atıb: "Bu gün Hizbullah qısa fasilələrlə İsrail ərazisinə 17 hücum həyata keçirib. Qruplaşma bir dəfəyə 90 raket fırladan anlar da olub. Onların çoxu havada zərərsziləşdirilsə də, bəziləri hədəflərə tuş gıəlib. Nəticədə bəzi bölgələrdə yanğın çıxıb".

Firudin Səfərli

MİA.AZ

Избранный
165
50
mia.az

10Источники