AZ

İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endirib

Bakı. Trend:

İsrail ordusunun aviasiyası Livanın cənubundakı bir sıra"Hizbullah" hədəflərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL)mətbuat xidməti öz "Telegram" kanalında bildirib.

"Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livanıncənubunda "Hizbullah"ın çoxsaylı hədəflərinə zərbələr endirib", -deyə bildirilib.

Qeyd olunub ki, zərbələrin hədəfi “Zibkin bölgəsindəki hərbiobyekt, Xiam və Xula bölgələrindəki iki əməliyyat infrastrukturu vəOdayse bölgəsindəki hərbi obyekt” olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
6
az.trend.az

10Mənbələr