AZ

İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində üç Hizbullah döyüşçüsü öldürülüb

Hizbullah milisləri İsrailin Livanın cənubundakı forpostlarına hava hücumları nəticəsində öz sıralarında itkilər olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.

Qeyd edilib ki, şərq cəbhəsindəki Howla bölgəsindəki mövqelərə hava hücumu nəticəsində üç Hizbullah döyüşçüsü həlak olub.

Günün birinci yarısında İsrail qırıcıları Rab-Taliatin, Houla və əl-Teibi kəndlərinə 5 hava hücumu həyata keçirib, artilleriya Livan ərazisinə azı 40 mərmi atıb.

Buna cavab olaraq Hizbullah silahlıları 91-ci ərazi diviziyasının qərargahını və sərhəddə yerləşən Biranit qəsəbəsində İsrail ordusunun kazarmalarını atəşə tutublar. Açıqlamaya görə, hücumda iriçaplı "Burkan" raketlərindən istifadə edilib. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
50
operativmedia.az

10Mənbələr