RU

DİN: Lənkəranda nənə və nəvələrini vuran avtomobil "Vaz 21015"lə toqquşub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, iyunun 12-si saat 21 radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi "Vaz 2105" markalı avtomobillə yol kənarında dayanmış "Vaz 21015" markalı avtomobilə çırpıldıqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı vurub.

Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Избранный
130
10
bizim.media

9Источники