AZ

“Vaz 2105″ yol kənarındakı avtomobilə çırpıldı, 3 piyadanı vurdu – Azyaşlı öldü, yaralılar var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  Heftelik.az-a verilən məlumata görə,  iyunun 12-si saat saat 21 radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi “Vaz 2105” markalı avtomobillə yol kənarında dayanmış “Vaz 21015” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı vurub.

Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli xəsarət alıblar.

Araşdırma aparılır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
10
heftelik.az

9Mənbələr