Vaşinqtonda keçiriləcək NATO sammitinin iştirakçıları Ukraynanın alyansa qoşulmaq üçün Rusiyanı məğlub etməli olacağını bildirəcəklər.
APA xəbər verir ki bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansın müdafiə nazirlərinin görüşündən əvvəl mətbuat konfransında deyib.
“Biz əmin olmalıyıq ki, Ukrayna qalib gələcək. Bu, Ukraynanın alyansa üzv olması üçün minimal şərtdir”, - Stoltenberq vurğulayıb.