RU

Avropada həyəcan təbili çalındı: "Asiya Pələngi"ndən qaynaqlananı virus sürətlə yayılır

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) iqlim dəyişikliyi səbəbiylə qızdırmalı xəstəliklərə səbəb olan "Asiya Pələngi" adlı ağcaqanad (Aedes albopictus) kimi tanınan ağcaqanad növünün Avropanın şimal, şərqi və qərbində sürətlə yayılması haqda həyəcan təbili çalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mərkəz bu ağcaqanadların Dang, Çikunqunya və Zika viruslarının yayıcı olduğunu xüsusi vurğulayıb: "Dang, çikunqunya və Zika viruslarının keçiciliyi ilə tanınan "Aedes albopictus" Avropada şimala, şərqə və qərbə doğru çox sürətlə "ayaq açır". Hazırda 13 Avropa İttifaqı ölkəsində bu ağcaqanad növü çoxalıb. son oaarq bu ağcaqanadlar Kiprdə də özünü büruzə verib. təcili tədbirlər görülməzsə, avropa böyük təhlükələrlə üzləşə bilər..."

ECDC-dən bildirib ki, iqlim dəyişikliyi bu cür ağcaqanadların çoxalmasında müstəsna rol oynayır: "İqlim dəyişikliyi ağcaqanad populyasiyasının yaranması və böyüməsi üçün əlverişli ekoloji şərait yaratmaqla, Avropada ağcaqanadlarla ötürülən xəstəliklərin yayılmasına böyük təsir göstərir. Bu il İspaniyanın Sevilya şəhərində də bunun işartıları çoxalıb. Mart ayında isə bölgədə bu, daha geniş xarakter almağa başlayıb
Biz artıq bunun daha çox insana yoluxması üçün necə daha əlverişli şərait yarandığını biliirk. Təəəssüf ki, səyahətlərbu viruslarn "idxal"  riskini qaçılmaz edir. Bu isə o deməkdir ki, tezliklə epidemiya riski böyüyəcək. Bunun üçün fərdi qoruyucu, vektor nəzarət tədbirləri, xəstəliyin erkən aşkarlanması, vaxtında müayinələr göz ardı ediilməməli, eyni zamanda, maarifləndirmə fəaliyyətləri gücləndirilməlidir...".

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
3
mia.az

5Источники