AZ

Avropada "Asiya Pələngi" ağcaqanadı panikası!

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) qızdırmaya səbəb olan "Asiya Pələngi" (Aedes albopictus) kimi tanınan ağcaqanad növünün Avropanın şimal, şərqi və qərbində yayılmağa başladığını açıqlayıb. Bizimyol.info xəbər verir ki, ECDC-dən verilən açıqlamada: "Sürətlə yayılan "Denge", "Çikunqunya" və "Zika" viruslarının ötürülməsi ilə tanınan "Aedes albopictus" Avropanın şimalında, şərqində və qərbində müşahidə edilir. Hazırda 13 Avropa İttifaqı/Avropa İqtisadi Bölgəsi (Aİ/EEA) ölkəsində özünü təmin edən populyasiyaya malikdir. Sarı qızdırma, "Denge", "Çikunqunya" və "Zika" viruslarının daşıyıcısı olan Sarı Qızdırma Ağcaqanadları (Aedes aegypti) bu yaxınlarda Kiprdə özünü büruzə verib. Onun Avropanın digər hissələrində baş vermə potensialı patogenləri ötürmək qabiliyyətinə və insanları dişləməyə üstünlük verməsi ilə əlaqədardır. "Qərbi Nil" virusunun yayılmasından məsul olan "Culex pipiens" ağcaqanadı Avropaya endemikdir və bütün Aİ/EEA-da mövcuddur", - deyilir. ECDC bildirib ki, iqlim dəyişikliyi nəticəsində bu cür ağcaqanadların çoxalmasında ekoloji faktorlar əsas amil hesab edilir. Bəyanatda: “İqlim dəyişikliyinin ağcaqanad populyasiyasının yaranması və böyüməsi üçün əlverişli ətraf mühit şəraitinin yaradılması vasitəsilə Avropada ağcaqanadlarla ötürülən xəstəliklərin yayılmasına böyük təsir göstərəcəyi proqnozlaşdırılır. Bu il İspaniyanın Sevilya şəhərində yerli olaraq qazanılmış "Qərbi Nil" virusuna yoluxma hadisəsi bildirilib və simptomlar martın əvvəlində müşahidə edilməyə başlayıb. Bu, təcrid olunmuş bir hal olsa da, ehtimal ki, əlverişli iqlim şəraiti səbəbindən "Qərbi Nil" virusunun ötürülməsinin ilin əvvəlində baş verə biləcəyini vurğulayır", -deyə qeyd edilib. ECDC direktoru Andrea Ammon beynəlxalq səyahətin ağcaqanadlarla yoluxan xəstəliklərin yayılması ehtimalını artıracağını bildirib: "Avropa artıq iqlim dəyişikliyinin invaziv ağcaqanadların əvvəllər təsirlənməmiş ərazilərə yayılması və daha çox insanı "denge" kimi xəstəliklərə yoluxdurması üçün daha əlverişli şərait yaratdığını görür. "Denge" xəstəliyinin endemik olduğu ölkələrdən beynəlxalq səyahətlərin artması idxal hallarının riskini və qaçılmaz olaraq yerli epidemiyaların riskini artıracaq. Vektor nəzarət tədbirləri ilə birlikdə fərdi qoruyucu tədbirlər, hadisələrin erkən aşkarlanması, vaxtında müşahidə, əlavə tədqiqat və maarifləndirmə tədbirləri Avropada ən çox risk altında olan ərazilərdə çox vacibdir", - deyə bildirilir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
3
bizimyol.info

5Mənbələr