AZ

Avropada epidemiya həyəcanı

"Denq qripi, çikungunya və Zika viruslarını ötürməsi ilə tanınan Aedes albopictus Avropada şimal, şərq və qərbə yayılır. Hazırda 13 Avropa İttifaqı/Avropa İqtisadi Bölgəsi (Aİ/EEA) ölkəsində özünü təmin edən populyasiyaya malikdir", ECDC-də bildirib. 

News24.az xəbər verir ki, sarı qızdırma, Denge, Çikunqunya və Zika viruslarının daşıyıcısı olan Sarı Qızdırma Ağcaqanadları (Aedes aegypti) bu yaxınlarda Kiprdə özünü büruzə verbi. Onun Avropanın digər hissələrində baş vermə potensialı patogenləri ötürmək qabiliyyətinə və insanları dişləməyə üstünlük verməsi ilə əlaqədardır.

"Qərbi Nil virusunun yayılmasından məsul olan Culex pipiens ağcaqanadları Avropaya endemikdir və bütün Aİ/EEA-da mövcuddur" deyilib.

YAYILMASININ SƏBƏBİ..

ECDC bildirib ki, iqlim dəyişikliyi nəticəsində bu cür ağcaqanadların çoxalmasında ekoloji faktorlar amildir.

“İqlim dəyişikliyinin ağcaqanad populyasiyasının yaranması və böyüməsi üçün əlverişli ekoloji şərait yaratmaqla Avropada ağcaqanadlarla ötürülən xəstəliklərin yayılmasına böyük təsir göstərəcəyi proqnozlaşdırılır”, - bəyanatda deyilir.

ECDC-nin direktoru Andrea Ammon beynəlxalq səyahətlərin ağcaqanadlarla ötürülən xəstəliklərin də yayılma ehtimalını artıracağını bəyan edib, deyib:

“Avropa artıq iqlim dəyişikliyinin invaziv ağcaqanadların əvvəllər təsirlənməmiş bölgələrə yayılması və daha çox insanı bu virusa yoluxması üçün necə daha əlverişli şərait yaratdığını görür.  Denq xəstəliyinin endemik olduğu ölkələrdən beynəlxalq səyahətlərin artması idxal hallarının riskini və qaçılmaz olaraq yerli epidemiyaların riskini artıracaq. Vektor nəzarət tədbirləri, hadisələrin erkən aşkarlanması, vaxtında müşahidə, əlavə tədqiqat və maarifləndirmə tədbirləri, eləcə də fərdi mühafizə tədbirləri Avropada risk altında olan regionlarda çox vacibdir.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
news24.az

5Mənbələr