RU

Orban: “NATO fəaliyyətlərində iştirak könüllü olmalıdır”

“Alyansın iştirakçılarına ölkələrin hüdudlarından kənarda fəaliyyətində iştirak könüllü olmalıdır”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Baş katibdən NATO qaydalarına və ənənələrinə uyğun olaraq Alyans ərazisindən kənarda NATO-nun bütün hərbi hərəkətlərinin yalnız könüllü ola biləcəyini aydınlaşdırmasını xahiş etdim”, – Orban bildirib.

O əlavə edib ki, Stoltenberq bunu təsdiqləyib və Macarıstan lazımi zəmanətlər alıb. Macarıstanın baş naziri həmçinin vurğulayıb ki, ölkə NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyansa üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəkləndiyi üçün bunun qarşısını ala bilməyib.

Orban bundan əvvəl ABŞ və Avropa Parlamentində keçiriləcək seçkilərdə sülh istəyən qüvvələrin tezliklə qalib gələcəyi təqdirdə Ukrayna ilə bağlı danışıqlara başlamaq və münaqişəyə son qoymağın mümkün olacağını demişdi.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
50
editor.az

10Источники