Azərbaycanda aparıcı teatrların siyahısı təsdiq edilib.Reyting.az "Report"a istinadla bildirir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar verib.Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib. Azərbaycan Siyahı Teatr Mədəniyyət Nazirliyi Kukla Pantomima