AZ

Azərbaycanda bu şəxslərin əmək haqqına 25 faiz əlavə edildi - ŞAD XƏBƏR

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib.

 

Oxu24.com xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:

1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;

2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;

3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;

4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;

5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;

6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;

7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.

Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.

 

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1930
46
oxu24.com

10Mənbələr