RU

Sertifikasiyada müəllimlərin biliyi yoxlanılır...

Müəllimlərin sertifikasiyası yeni anlayış olsa da, sovet dövründə bu proses attestasiya adlanırdı. Sertifikatlaşdırmanın məqsədi müəllimlərin işdən azad olunması deyil. Bu proses müəllimlərin əməkhaqqına diferensial yanaşmadır, bütün müəllimlər eyni miqdarda əməkhaqqı ala bilməz.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri müsahibəsində təhsil eksperti Nadir İsrafilov deyib. O bildirib ki, sertifikasiyada müəllimlərin biliyi yoxlanılır və onlar inkişafları naminə hazırlaşmaları üçün daim nəzarətdə saxlanılırlar: “İlkin nəticələrə görə, ölkə üzrə bu il 3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində keçid balını toplamayıb. Bu məsələyə birmənalı yanaşma yoxdur. Bir qrup valideyn deyir ki, niyə uşağımıza savadsız müəllim dərs deməlidir? Uşağın gələcəyini korlayır.

Sertifikasiyadan kəsilmə müəllimlərdə narahatlıq yaradır. Burada təhlükəli bir şey görmürəm. İlk sertifikasiyadan keçməyən müəllimlər bir il ərzində hazırlaşıb növbəti dəfə təkrar sertifikatlaşdırmadan keçə bilərlər. Əgər ikinci sertifikasiyada da kənarda qalsalar, müəllimlərin işə qəbulu imtahanında iştirak edərək yenidən müəllim olmaq şansı qazana bilərlər. Bir müəllimə üç dəfə şans verilir. Dörd minə yaxın müəllimin sertifikasiyadan kəsilməsi heç bir məntiqə sığışmır. Bəlkə bunlar kolleci bitiriblər, ya təkmilləşdirmə kursları ilə ixtisas dəyişdiriblər, qeyri-pedaqoji sahənin adamları kurs bitirib müəllim olublar. Bu qədər adamın kəsilməsi təhsilimizə başucalığı gətirmir. Sertifikasiya müəllimləri daim inkişafda saxlamağa xidmət edir”.

Ekspertin fikrincə, sertifikasiyadan kəsilən müəllimlər ümumtəhsil müəssisələrində qeyri-pedaqoji vakant yerlərdə fəaliyyətlərini davam etdirə bilərlər: “Həmin müəllimlər işsiz qalmayacaqlar. Nəzərə alaq ki, bu insanlar 30-40 il müəllim işləyiblər. Dərs saatı olmadan həmin müəllimləri qeyri-pedaqoji sahələrdə işlə təmin etmək olar. Məsələyə psixoloji tərəfdən də yanaşmaq lazımdır; ola bilər ki, müəllim də imtahanda həyəcanlanıb. Bu əsas vermir ki, o, savadsız müəllimdir. Əgər özünəinamı varsa, təkrar hazırlaşıb müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilər. Sertifikasiya müəllimlərə şans verir ki, əməkhaqqı fərqlənsin. Müəllim əməyinə eyni gözlə baxmaq olmaz”.

Xatırladaq ki, 2022-ci və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 min 227 ibtidai sinif, 9247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8410 müəllimin əməkhaqqına 35 faiz, 23 min 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunur.

2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyunun 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7296 müəllim iştirak edib və onlardan 3909 nəfəri keçid balını toplaya bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
50
sia.az

10Источники