AZ

“Qarabağ Universitetində müəllimlərin maaşı yüksək olacaq” – Nazir  

"Çalışırıq ki, savadlı, istedadlı, bacarıqlı tələbələrimiz Qarabağ Universitetinə cəlb edilsin". 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

"Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə quracağıq.

Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur. Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin ediləcək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək" - nazir qeyd edib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
bizim.media

10Mənbələr