RU

Moldovada dezinformasiya dövlətə xəyanətə bərabər tutulur

Moldova prezidenti Maya Sandu Cinayət Məcəlləsinin dövlətə xəyanətlə bağlı maddəsinə dəyişiklikləri təsdiqləyib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Nəşr qeyd edir ki, Moldovada dövlətə xəyanətə aşağıdakılar bərabər tutulurdu: müharibə zamanı düşmən tərəfə qaçma, casusluq, dövlət sirrinin açılması və dövlətin təhlükəsizliyinə qarşı düşmənçilik hərəkətlərinin həyata keçirilməsinə köməklik.

 

Respublikanın Cinayət Məcəlləsinə dəyişikliklərin müəllifləri izahat yazısında vurğulamışlar ki, dövlətin təhlükəsizliyinə qarşı düşmənçilik hərəkətləri başqa şeylərlə yanaşı dezinformasiyada da ifadə olunur.

 

Bundan əvvəl Amnesty International hüquq müdafiə təşkilatının Kişinyovdakı nümayəndəliyinin rəhbəri Vyaçeslav Tofan Moldova qanunvericiliyində dövlətə xəyanət anlayışını dəyişdirə biləcək qanun layihəsinin ölkə vətəndaşlarının hüquqlarını pozacağını bildirib. 

 

Mayın 23-də Moldova parlamentariləri dövlətə xəyanət anlayışını genişləndirən qanun layihəsini ictimai müzakirəyə təqdim ediblər. Yeni şərhə görə, dövlətə qarşı “cəmiyyətin dezinformasiyası” ilə ifadə olunan düşmənçilik hərəkətləri vətənə xəyanət sayılır.

 

Bundan əvvəl İlan Şor Moldova müxalifətinin prezident seçkilərində qalib gəlmək şanslarını dəyərləndirib.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
50
oxu24.com

10Источники